Çempionlar Liqasının 2 matçında azərbaycanlılar iş başında olacaq
Azərbaycan Voleybol Federasiyasının Beynəlxalq əməkdaşlıq üzrə meneceri Nərgiz İsmayılova və beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyası tərəfindən avrokubok yarışlarına təyinat alıblar.
Mediasport.az xəbər verir ki, Zülfüqarov kişilərdən ibarət voleybolçular arasında Çempionlar Liqasının (ÇL) C qrupunda mübarizə aparan "Halkbank Ankara" (Türkiyə) və "Gas Sales Daiko Piasenza" (İtaliya) arasında baş tutacaq görüşü idarə edəcək.
Nərgiz İsmayılova kişi voleybolçular arasında turnirin B qrupunda keçiriləcək "ACH Volley" (Sloveniya) və "Trentino İtas" (İtaliya) kollektivlərinin oyununda hakimlərin işinə qiymət verəcək.
Xatırladaq ki, hər iki matç yanvarın 10-da baş tutacaq.