Komandalarımız Avropa çempionatına Türkiyədə hazırlaşırlar
Basketbol üzrə oğlanlardan ibarət yığma komandalarımız (U-16 və U-18) Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışına start veriblər.
MediaSport.az xəbər verir ki, baş məşqçi Tahir Baxşıyev və köməkçisi Polad Həsənovun rəhbərlik etdiyi millilərimiz qarşıdan gələn Avropa çempionatına hazırlaşır.
İstanbuldakı ilk sınaq oyununda yerli "İstanbul Atletiks" komandası ilə qarşılaşan U-18 yığmamız rəqibi üzərində 90:63 hesablı qələbə qazanıb. Millilərimizin hazırlıq prosesi iyunun 23-dək davam edəcək.