FİBA İsrailin bütün komandalarının ev-səfər oyunlarını təxirə salıb

FİBA İsrailin bütün komandalarının ev-səfər oyunlarını təxirə salıb

FİBA (“International Basketball Federation” – Beynəlxalq Basketbol Federasiyası) İsraili təmsil edən bütün komandaların oyunlarını təxirə salıb.

Mediasport.az xəbər verir ki, buna İsrail və Fələstin arasında davam edən müharibə səbəb olub.

Görüşlər təhlükəsizlik məqsədilə qeyri-müəyyən müddətə ləğv edilib.

Qeyd edək ki, İsrailin qadınlardan ibarət 1 (Avropa Kuboku), kişilərdən 5 komandası (FİBA Avropa Kuboku) avrokuboklarda mübarizə aparır.

Ləğv qərarı bütün ev və səfər oyunlarına şamil olunub.