"Sabah" başlanğıcda Gəncə klubunu darmadağın edib
"Sərhədçi" İdman Olimpiya Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) ilk turunun son oyunu keçirilib.
Mediasport.az xəbər verir ki, paytaxt klubu "Sabah" region təmsilçisi "Gəncə" klubu ilə qarşılaşıb.
Oyuna üstün başlayan "Sabah" yekunda 115:74 hesablı qələbəyə sevinib.
Ən məhsuldar basketbolçular "Gəncə"dən Kenyon Dulinq (21 xal, 1 ribaund), "Sabah"dan Artyoms Butyankovs (24 xal, 7 ribaund) seçiliblər.
Qeyd edək ki, ikinci turun oyunları ("Xəzri" - "Gəncə", "Sumqayıt" - "Xırdalan", "Cəlilabad" - "Neftçi", "Şəki" - "Sərhədçi", "Sabah" - "NTD-INDIGO") 1-5 noyabr tarixlərində baş tutacaq.