Bu gün ABL-də final seriyasının üçüncü oyunu baş tutacaq

Bu gün ABL-də final seriyasının üçüncü oyunu baş tutacaq

Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasının üçüncü oyunu keçiriləcək.

Mediasport.az xəbər verir ki, “Xəzri” və “Sabah” klubları qarşılaşacaq.

"Sərhədçi" İdman Mərkəzində baş tutacaq duel saat 19:30-da başlanacaq.

Komandalar arasında reallaşan ilk dueldə "Xəzri" (95:70), ikinci görüşdə "Sabah" (94:63) qələbə qazanıb.

Final seriyasında üç dəfə qalib gələn kollektiv Azərbaycan çempionu olacaq.