"Başakşəhər" Konfrans Liqasının əsas mərhələsinə yüksəldi

"Başakşəhər" Konfrans Liqasının əsas mərhələsinə yüksəldi

Bu gün UEFA Avropa Konfrans Liqasında pley-off mərhələsinin cavab matçlarına start verilib.

Mediasport.az xəbər verir ki, birinci oyun günündə 2 qarşılaşma keçirilib.

Türkiyə klubu "Başakşəhər" əvvəlki raundda Azərbaycanın "Sabah" klubundan güclü olmuş "Sent Patriks"i məğlub edərək əsas mərhələyə yüksəlib.

Təmsilçimiz "Zirə"nin "Omoniya" ilə oyunu bu gün baş tutacaq.

UEFA Avropa Konfrans Liqası. Pley-off mərhələsi. İlk oyunlar

28 avqust

"Başakşəhər" (Türkiyə) - "Sent Patriks" (İrlandiya) 2:0 (ilk oyun - 0:0)

"Gent" (Belçika) - "Partizan" (Serbiya) 1:0 (ilk oyun - 1:0)