Milli komandamızdan Avropa çempionatında ilk qələbə!
19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının ilkin mərhələsi çərçivəsində ilk oyununu keçirib.
Mediasport.az xəbər verir ki, B qrupunda yer alan İlqar Aslanovun komandası Kosova yığması ilə qarşılaşıb.
Turnirə 4:1 hesablı qələbə ilə start verən milli növbəti mərhələyə yüksəlmək şansını xeyli artırıb.
Komandamız növbəti oyununu bu gün San Marinoya qarşı keçirəcək.
Görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
Avropa çempionatı. İlkin mərhələ, B qurupu
Azərbaycan - Kosovo 4:1 (1:1)
Qollar: Hüseyn Cəfərzadə, 17:39, Ədalət Ələkbərov, 22:22, 35:47, Rəvan Məsiyev, 31:34 - Valmir Musoli, 5:12.
Hakimlər: Radim Cep (Çexiya), Adam Czene-Joo (Macarıstan), Jiri Bergs (Belçika)
Hakim-inspektor: Stefan Veber (Almaniya)
UEFA nümayəndəsi: Maria Mayans (İspaniya)
Timekeeper: Laurentiu İlie (San Marino)
Serravalle. "Multievent Sport Domus" arena.
Azərbaycan: 12. Əli Həsənzadə (q), 5. Rəvan Məsiyev, 7. Ədalət Ələkbərov, 10. Nazim Hüseynov, 14. Rəvan Quliyev; 1. Hüseyn Əbdülov (q), 2. Umud Qasımov, 6. Oqtay Mahmudzadə, 8. Hüseyn Cəfərzadə, 9. Pünhan Qasımzadə (k), 11. Bəyoğlan Vəlizadə, 13. Ümüd Qəhrəmanov.
Baş məşqçi: İlqar Aslanov.
Kosovo: 1. Lorind Kadriu (q), 7. Erjon Jaşaniça (k), 8. Engjell Mehmeti, 9. Valmir Musoli, 10. Donart Sila; 12. Alton Buguyevçi (q), 3. Lis Berişa, 4. Lision Mehmeti, 5. Hasani Hisen, 6. Ermal Sadiku, 11. Fatos Musliu, 13. Yll Abazi
Baş məşqçi: Suad Keçi