Dünya reytinqi: Qurbanov, Berdıyev və Santuş gerilədi

Dünya reytinqi: Qurbanov, Berdıyev və Santuş gerilədi

UEFA Çempionlar Liqası və Avropa Liqasında əsas mərhələsinin 7-ci tur oyunlarından sonra dünyanın ən güclü məşqçilərinin reytinq cədvəli yenilənib.

Mediasport.az xəbər verir ki, planetin 500 ən güclü mütəxəssisinin yer aldığı siyahıda yeganə azərbaycanlı Qurban Qurbanovun mövqeyi geriləyib.

"Qarabağ"ın baş məşqçisi 8 xal itirərək 1638 xalla 170-cı sıraya enib. 52 yaşlı mütəxəssis Rumıniyanın FKSB klubuna 2:3 hesablı məğlubiyyətlə 12 pillə geriləyib.

"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev 1 pillə geri düşüb. O, 1796 xalla 55-ci pillədə qərarlaşıb.

Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuş da geriləyənlər sırasındadır. 3 pillə aşağı yuvarlanan portuqaliyalı 1624 xalla 187-ci yerdə dayanıb.

Reytinqə 2150 xalla "Mançester Siti"dən Pep Qvardiola başçılıq edir.