"Qəbələ"nin sabiq futbolçusu Çin Super Liqasında oynayacaq
“Qəbələ”nin sabiq futbolçusu İsnik Aliminin yeni komandası müəyyənləşib.
Mediasport.az xəbər verir ki, şimali makedoniyalı karyerasını Çində davam etdirəcək.
O, Super Liqa təmsilçisi "Dalian Yinqbo" ilə müqavilə bağlayıb.
30 yaşlı yarımmüdafiəçi son olaraq Rumıniyanın “Sepsi” klubunda forma geyinib.
Alimi 2021-2023-cü illərdə “Qəbələ”nin heyətində 61 oyun keçirib, 17 qol vurub.