Məmmədov Rusiyada daha 4 il federasiyanın prezidenti olacaq
İkiqat olimpiya çempionu İlqar Məmmədov növbəti dəfə Rusiya Qılıncoynatma Federasiyasının prezidenti seçilib.
Mediasport.az xəbər verir ki, azərbaycanlı sabiq idmançı qarşıdakı 4 il müddətində də quruma rəhbərlik edəcək.
Həmyerlimiz ilk dəfə 2021-ci ildə federasiya prezidneti olmuşdu.
Məmmədov 2012-ci ildən icra etdiyi millinin baş məşqçisi vəzifəsində qalacaq.
Xatırladaq ki, idmançı kimi SSRİ-nin heyətində 1988 və 1996-cı illərdə Olimpiya çempionu olmuş mütəxəssisin rəhbərliyi altında Rusiya yığması "Rio-2016" (4 qızıl daxil olmaqla 7 medal) və "Tokio-2020"də (8 medal, 3 qızıl) çempionluqlar qazanıb.