Azərbaycan yığmasının üzvü Münhendə bürünc medal qazandı
Azərbaycanın güllə atıcısı Vladislav Kalmıkov Almaniyanın Münhen şəhərində keçirilən "2025 H&N" Kubokunda uğurla çıxış edib.
Mediasport.az xəbər verir ki, təmsilçimiz yarışda bürünc medal qazanıb.
O, oğlanlar arasında pnevmatik tapançadan 10 m məsafəyə atəşaçma yarışında 217.1 xal toplayıb.
Turnirə yanvarın 26-da yekun vurulacaq.