Avropa Konfrans Liqasında ilk finalçı Belçikada müəyyənləşdi

Avropa Konfrans Liqasında ilk finalçı Belçikada müəyyənləşdi

Futbol üzrə Avropa Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları start götürüb.

Mediasport.az xəbər verir ki, bu gün Belçikada baş tutan bir matçla ilk finalçı müəyyənləşib.

Ötən həftə İtaliyada "Fiorentina"ya minimal hesabla məğlub olan "Brügge" doğma meydana revanş və final arzusu ilə çıxsa da, İtaliya klubu heç-heçə edərək həlledici duel vəsiqə qazanıb.

Yarımfinalın digər qarşılaşması isə sabah Yunanıstanda "Olimpiakos"la "Aston Villa" arasında olacaq.


Avropa Konfrans Liqası. Yarımfinal. Cavab oyunu


20:45 "Brügge" (Belçika) - "Fiorentina" (İtaliya) 1:1

Baş hakim: Halil Umut Meler (Türkiyə)

Belçika, Brügge, "Yan Breydel" stadionu

İlk matç - 2:3.