Konfrans Liqası: "Qarabağ"ın pley-offdakı rəqibi müəyyənləşir
Bu gün Konfrans Liqasında da pley-off mərhələsinin püşkü atılacaq.
mediasport.az xəbər verir ki, təmsilçimiz "Qarabağ"ın rəqibi müəyyənləşəcək.
Püşkatma 17:00-da başlayacaq. Ağdam təmsilçisi Konfrans Liqasında öz qruplarında ikinci yeri tutmuş 8 komandadan biri ilə qarşılaşacaq.
Azərbaycan çempionunun potensial rəqibləri bu komandalardı: "Fiorentina" (İtaliya), “Bazel” (İsveçrə), “Dnepr-1” (Ukrayna), “Gent”, “Anderlext” (hər ikisi Belçika), ÇFR (Rumıniya), “Lex” (Polşa) və “Partizan” (Serbiya).
Pley-offun ilk görüşləri 2023-cü il fevralın 16-da, cavab matçları isə fevralın 23-də keçiriləcək. “Qarabağ” ilk matçını Bakıda keçirəcək.
Səpələnmişlər:
Anderlext (Belçika)
Bazel (İsveçrə)
CFR Kluj (Rumıniya)
Dnepr-1 (Ukrayna)
Fiorentina (İtaliya)
Gent (Belçika)
Lex (Polşa)
Partizan (Serbiya)
Səpələnməmişlər:
AEK (Larnaka, Kipr)
Budo Qlimt (Norveç)
Braqa (Portuqaliya)
Latsio (İtaliya)
Ludoqorets (Bolqarıstan)
Qarabağ (Azərbaycan)
Şerif (Moldova)
Trabzonspor (Türkiyə)