"Zirə"nin sabiq futbolçusu baş məşqçinin istəyilə klubdan qovuldu
Yayda "Ximki" ilə müqavilə bağlayan "Zirə"nin sabiq futbolçusu Nemanya Ancelkoviç Rusiya klubundan göndərilib.
Mediasport.az xəbər verir ki, 27 yaşlı müdafiəçi baş məşqçi Frank Artiqanın qərarı ilə yola salınıb.
Serbiyalının Ximki təmsilçisi ilə anlaşması 2026-cı ilin yayına qədər idi.
Qeyd edək ki, Ancelkoviç "Zirə"də 2021-2023-cü illərdə forma geyinib.