"Heyətdə bu qədər qapıçının olması..." - "Qarabağ"ın legoneri
"Araz-Naxçıvan"la görüş çətin keçdi. Belə olacağını da ehtimal edirdik. Çünki rəqib çox yaxşı komanda idi".
Bu sözləri Mediasport.az saytına açıqlamasında "Qarabağ"ın qapıçısı Mateuş Koxalski deyib.
Polşalı qolkiper əvvəlcə Premyer Liqanın qış fasiləsi öncəsi son tur görüşü haqda fikirlərini bölüşüb:
"Qalib gəldiyimiz üçün sevinirik. Həm də ilin son oyunu idi, qələbə qazandıq. Bunun üçün də şadıq. Növbəti xallarımızı aktivimizə yazdırdıq və fərq bir qədər də artdı. Bu, növbəti il üçün daha yaxşıdır".
O, daha sonra başa çatmaqda olan ili dəyərləndirib:
"Ümumən ili necə qiymətləndirirəm? Məncə, çox yaxşı mövsüm alınır. Premyer Liqada birinci pillədəyik, hər şey yaxşıya doğru gedir. Liqanı əvvəlki kimi, çempion olaraq başa vurmaq istəyirik. Bunu reallaşdıracağımıza çox inanırıq. Komandamız yaxşı çıxış edir. Getdikcə vəziyyətimizi daha da yaxşılaşdırmağa ehtiyac var. Özüm də daxil, qarşıdakı ildə lap yaxşı olmalıyıq".
Əsas heyətdə yerini tam təmin edə bilməyən 24 yaşlı legioner komandada çoxlu qapıçı olmasına görə narahat deyil:
"Əlbəttə ki, daimi əsas heyət üzvü olmaq çətindir. Mən əsasən Avropa Liqasında oynayıram. Hamımız çox yaxşı çalışırıq, daim öz üzərimizdə işləyirik. Zədədən qaçmaq mümkün deyil, bəzən hansımızsa zədə alırıq. Həm də limit olduğunu nəzərə almaq lazımdır.
Şahruddin Məhəmmədəliyevlə Fabian Buntiç əla qapıçılardır. Hələ iki gənc qapıçımız da var.
Heyətdə bu qədər çox qapıçının olması məni qəti narahat etmir. Əksinə, rəqabət üçün əladır. Hamımız əsas heyət üçün mübarizə aparmalıyıq. Birlikdə çalışırıq, bir komandayıq. Kimin oynayacağına isə məşqçilər korpusu qərar verir".
Ayxan