İlham Əliyev başsağlığı verib!
Prezident İlham Əliyev sosial şəbəkələrdəki hesablarında Aktaudakı təyyarə qəzası ilə bağlı paylaşım edib.
Mediasport.az xəbər verir ki, paylaşımda deyilir:
"Azərbaycan Hava Yolları" şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını diləyirəm".
Xatırladaq ki, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysi ilə uçan təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.
“Embraer 190” təyyarəsinin göyərtəsində 5-i ekipaj üzvü, ümumilikdə 67 nəfər olub.
Hələlik sağ qaldığı müəyyənləşdirilən 32 nəfər yaralı xəstəxanaya yerləşdirilib.
Heyətdən 37 nəfər Azərbaycan vətəndaşıdır.