Milli komandamız İrlandiyaya qarşı

Milli komandamız İrlandiyaya qarşı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirəcək.

Mediasport.az xəbər verir ki, 7-ci qrupda yer alan millimiz İrlandiya yığması ilə üz-üzə gələcək.

Moldovanın paytaxtı Kişinyovda yerləşən "Zimbru-2" stadionunda təşkil olunacaq qarşılaşmanı serbiyalı baş hakim idarə edəcək.

Matç Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Xatırladaq ki, U-19 seçmə mərhələnin ilk oyununda İslandiyaya 0:2 hesabı ilə uduzmuşdu.

Avropa çempionatının seçmə mərhələsi

14:00 İrlandiya (U-19) - Azərbaycan (U-19)

Baş hakim: Miloş Milanoviç (Serbiya)

Baş hakimin köməkçiləri: Novak Novakoviç (Serbiya), Qennadi Lisita (Moldova)

Dördüncü hakim: İgor Bosça (Moldova)

"Zimbru-2" stadionu. Kişinyov, Moldova.