Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.
Mediasport.az xəbər verir ki, “Embraer 190” təyyarəsinin göyərtəsində ümumilikdə 67 nəfər olub.
Onlardan 37-si Azərbaycan, 6-sı Qazaxıstan, 3-ü Qırğızıstan, 16-sı isə Rusiya vətəndaşıdır.
Məlumatı Qazaxıstan Nəqliyyat Nazirliyi yayıb.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyi sağ qalanların sayının 25-ə çatdığını açıqlayıb. Bildirilib ki, onlardan 22-si xəstəxanaya çatdırılıb.