"Qarabağ"ın üzvü Polşada ilin ən güclüləri siyahısında yer aldı
Polşada 2024-cü ilin ən yaxşı qapıçıları müəyyənləşib.
Mediasport.az xəbər verir ki, "10-luq"da "Qarabağ"ın üzvü Mateuş Koxalski də yer alıb.
24 yaşlı qolkiper 34 xalla ilin ən güclü 9-cu qapıçısı hesab edilib.
İtaliyanın "Bolonya" klubunda çıxış edən Lukas Skorupski 265 xalla birinci yeri tutub.
Qeyd edək ki, Mateuş Koxalski Ağdam klubuna bu yay transfer olunub.