"Turan Tovuz" cərimə edildi
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Mediasport.az xəbər verir ki, Premyer Liqanın 18-ci turunda yaşanmış neqativ hadisələr hüquqi qiymət alıb.
İK "Turan Tovuz"u barəsində cərimə qərarı çıxarıb.
Tovuz klubu “Neftçi” ilə qarşılaşmada 4 futbolçusu sarı vərəqə aldığına görə 700 manat ödəməli olacaq.