Paytaxt klubu iki futbolçusu ilə müqaviləni pozmağa hazırlaşır
Premyer Liqada uğursuzluq zolağından çıxa bilməyən "Səbail" iki futbolçusu ilə yollarını ayırmağa hazırlaşır.
Mediasport.az saytına verilən məlumata görə, Bayıl təmsilçisi Madi Keta və David Qomisi göndərəmk istəyir.
Baş məşqçi Cavid Hüseynovun planlarına daxil olmayan ikili ilə bu istiqamətdə danışıq aparılır ki, müqavilələrinə qarşılıqlı razılıq əsasında xitam verilsin.
Qvineya-Bisaulu Keta ilə anlaşmanın müddəti 2025-ci ilin yayına qədərdir. Keta düşərgəyə bu ilin yanvarında qoşulub.
Ötən ilin yanvarından "dənizçilər"in formasını geyinən fransalı Qomisin müqaviləsi isə gələn ilin dekabrında başa çatacaq.
Qış fasiləsinə sonuncu - 10-cu pillədə yollanan "Səbail" 18 tura 9 xal yığıb.