"Kəpəz"də "təmizləmə əməliyyatı" başlandı: 2 futbolçu yola salındı
Premyer Liqada qalmaq uğrunda mübarizə aparan "Kəpəz"də "təmizləmə əməliyyatı"na start verilib.
Gəncə təmsilçisindən Mediasport.az saytına verilən məlumata görə, yayda edilən uğursuz transferlərdən artıq ikisi yola salınıb.
Baş məşqçi Azər Bağırovun etimadını qazanmayan malili hücumçu Lassana Ndiaye və albaniyalı yarımmüdafiəçi Redon Mihana ilə müqavilələr qarşılıqlı razılıq əsasında pozulub.
Qış fasiləsinə 11 xalla 9-cu pillədə yollanan "sarı-göylər"dən braziliyalı Viktor Braqanın da yola salınacağı gözlənilir.