Yüksək Liqa və kubok oyunları 1 dəqiqəlik sükutla başlanacaq
Sabah futzal üzrə Azərbaycan Yüksək Liqasının VIII turunun və Azərbaycan kubokunun ilkin mərhələsinin oyunlarından əvvəl 1 dəqiqəlik sükut elan olunacaq.
Mediasport.az xəbər verir ki, oyunlar bu gün Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilməsi ilə əlaqədar 1 dəqiqəlik sükutla başlanacaq.
Qeyd edək ki, son məlumatlara görə, ekipaj üzvləri də daxil olmaqla, təyyarədə yer alan 67 nəfərdən 32-si qəzadan sağ çıxıb.