"Qarabağ" və "Neftçi"nin keçmiş üzvü Azərbaycana başsağlığı verdi
“Qarabağ”, "Neftçi" və “Zirə”nin sabiq futbolçusu Donald Gerye sosial şəbəkə hesabından Azərbaycana başsağlığı verib.
Mediasport.az xəbər verir ki, haitili müdafiəçi Aktau yaxınlığında baş verən dəhşətli təyyarə qəzası ilə bağlı paylaşım edib.
Xatırladaq ki, dünən qəzaya uğrayan "Embraer 190" tipli sərnişin təyyarəsinin göyərtəsində olan 37 Azərbaycan vətəndaşından 23-ü həlak olub.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, bu gün ölkədə matəm elan edilib.