Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşdi

 Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşdi

Yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib.

Mediasport.az xəbər verir ki, yunan-Roma güləşində 55, 63, 72, 82 və 97 kq çəki dərəcələri üzrə 104 idmançı mübarizə aparıb.

İlk finalın qalibi 3 illik fasilədən sonra çempionluq sevinci yaşayan Elmir Əliyev (55 kq) olub.

Ziya Babaşov ardıcıl 3-cü dəfə 63 kq-da Azərbaycan çempionu ünvanına sahib çıxıb.

72 kq-ın həlledici görüşündə ötənilki finalçılar üz-üzə gəlib. Bu dəfə də Urfan Həsənlidən güclü olan Ruslan Nurullayev titulunu qoruyub.

82 kq-da yeni ölkə çempionu müəyyənləşib. Sürprizə imkan verməyən Qurban Qurbanov favorit statusunu doğruldub.

97 kq-da gözlənilən final baş tutub. İki milli üzvünün qarşıdurmasında Arif Niftullayevə qalib gələn Murad Əhmədiyev titulunu qoruyub.