Məşhur idmançı faciəvi təyyarə qəzası ilə bağlı paylaşım etdi
Tanınmış UFC döyüşçüsü Hamzat Çimayev Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması ilə bağlı başsağlığı verib.
Mediasport.az xəbər verir ki, 30 yaşlı rusiyalı idmançı faciə ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib:
"Allah səbir versin. Xəsarət alanlara Allah öz mərhəməti ilə şəfa versin”.
Qeyd edək ki, dünən Bakı-Qroznı aviareysini həyata keçirən AZAL-a məxsus "Embraer 190" tipli sərnişin təyyarə Aktau şəhəri yaxınlığında qəzaya düşüb.
Göyərtədə yer almış 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Vəfat edənlərin 23-ü Azərbaycan vətəndaşı olub.