Avroliqaya görə "Qarabağ"ın oyunlarının yeri dəyişdirildi
Premyer Liqanın III və IV dövrəsində "Şamaxı" ilə "Qarabağ" arasında keçiriləcək oyunların yeri dəyişdirilib.
Mediasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.
“Qarabağ” klubunun müraciəti, “Şamaxı” klubunun razılığı, PFL-in qərarı ilə “Qarabağ” klubunun Avropa Liqasının Liqa mərhələsindəki vacib qarşılaşmaya daha yaxşı hazırlaşması məqsədilə III dövrənin “Şamaxı” – “Qarabağ” oyunu ilə IV dövrənin “Qarabağ” - “Şamaxı” oyunlarının yeri dəyişdirilib.
Klubların əvəzedici heyətlərinin təqvim oyunları ilə bağlı dəyişiklik yoxdur.