Premyer Liqa təmsilçisi "Neftçi"nin futbolçusu üçün hərəkətə keçdi

Premyer Liqa təmsilçisi "Neftçi"nin futbolçusu üçün hərəkətə keçdi

Premyer Liqada yuxarrı pillələrə can atan "Şamaxı" heyətini gücləndirməyə çalışır.

Mediasport.az xəbər verir ki, bölgə klubu ilk olaraq hücum xəttində rəqabət yaratmaq niyyətindədir.

Ayxan Abbasovun baş məşqçisi olduğu komanda bu məqsədlə "Neftçi"nin qapısını döyüb. "Şirlər" paytaxt təmsilçisinin hücumçusu Ağadadaş Salyanskini heyətə qatmaq istəyirlər.

"Şamaxı" "Neftçi"yə az-az oynamaq şansı qazanan 20 yaşlı forvardı icarəyə götürmək üçün müraciət edib.

Gənc forvard cari mövsüm kubok daxil 5 matçda meydana çıxıb, 2 qol vurub.