Stanislav Çerçesov bu gün baş verən faciəyə görə başsağlığı verdi

 Stanislav Çerçesov bu gün baş verən faciəyə görə başsağlığı verdi

"Bu, Rusiya, Qazaxıstan və Azərbaycan xalqlarının ümumi kədəridir”.

Mediasport.az xəbər verir ki, bu sözləri futbol üzrə Qazaxıstan millisinin baş məşqçisi Stanislav Çerçesova məxsusdur.

Rusiyalı mütəxəssis sosial şəbəkə hesablarında paylaşım edərək bu gün Bakı-Qroznı təyyarəsinin Aktauda qəzaya düşməsinə görə başsağlığı verib:

“Azərbaycan Hava Yollarına məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların yaxınlarına başsağlığı verirəm".

Xatırladaq ki, təyyarə Aktau şəhərinin 3 km yaxınlığında qəzaya düşüb. "Hava gəmi"sinin göyərtəsində 5-i ekipaj üzvü, ümumilikdə 67 nəfər olub.

Hələlik sağ qaldığı müəyyənləşdirilən 32 nəfər yaralı xəstəxanaya yerləşdirilib. Heyətdən 37 nəfər Azərbaycan vətəndaşıdır.