"Həyatımda gördüyüm ən dəhşətli hadisə və bu hadisələri canlı görmək..." - Yığmamızın kapitanı

 "Həyatımda gördüyüm ən dəhşətli hadisə və bu hadisələri canlı görmək..." - Yığmamızın kapitanı

"Həyatımda gördüyüm ən dəhşətli hadisə və bu hadisələri canlı görmək...".

Mediasport.az xəbər verir ki, bu fikirlər futzal üzrə Azərbaycan milli komandasının kapitanı Rövşən Hüseynliyə məxsusdur.

Qazaxıstanın "Astana" klubunda oynayan məşqçi olan təcrübəli qapıçı sosial şəbəkə hesabındakı paylaşımda təyyarə qəzası zamanı hava limanında olduğunu qeyd edib.

Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysi ilə uçuş həyata keçirən “Embraer 190” təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. "Hava gəmi"sinin göyərtəsində 5-i ekipaj üzvü, ümumilikdə 67 nəfər olub.

Sağ qalan 32 nəfər yaralı xəstəxanaya yerləşdirilib. Heyətdən 37 nəfər Azərbaycan vətəndaşıdır, onlardan 23-ü həlak olub.