"Aston Villa" şotlandları peşman etdi - Avropa Konfrans Liqası

"Aston Villa" şotlandları peşman etdi - Avropa Konfrans Liqası

Avropa Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunlarına start verilib.

mediasport.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

Slovakiyanın "Spartak" komandası Trnavada startdan azlıqda qalan Ukaynanın "Dnepr-1" klubunun müqavimətini qıra bilməyib.

Unay Emerinin baş məşqçisi olduğu İngiltərənin "Aston Villa" komandası isə Şotlandiyada yerli "Hibernian"ı meydana çıxmasına peşman edib.

Mərhələnin qalan oyunları bu gün keçiriləcək.


Avropa Konfrans Liqası. Pley-off mərhələsi. ilk oyunlar


"Spartak" (Trnava, Slovakiya) - "Dnepr-1" (Ukrayna) 1:1

Qollar: K.Ofori, 55 - O.Pixalyonok, 67.


"Hibernian" (Şotlandiya) - "Aston Villa" (İngiltərə) 0:5

Qollar: O.Vatkins, 17, 33, 48, L.Beyli, 42, D.Luis, 74-pen.