Mahirin 65 dəqiqə oynadığı matçda klubu 5 qol vurub - Konfrans Liqası
Avropa Konfrans Liqasında qrup mərhələsinin 1-ci turuna yekun vurulub.
Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" "Astana"nı qəbul edib.
Futbolçumuzun 65 dəqiqə meydanda olduğu matç Xorvatiya klubunun böyükhesablı qələbəsilə başa çatıb.
Türkiyənin yarışdakı təmsilçilərindən "Fənərbağça" Türkiyədə Danimarkanın "Norşelland" komandasından üstün olub, "Beşiktaş" isə Belçika səfərində "Brügge" ilə bərabərə qalıb.
Avropa Konfrans Liqası. Qrup mərhələsi. 1-ci tur
A qrupu
Lill (Fransa) - Olimpiya (Sloveniya) 2:0
Slovan (Slovakiya) - Klaksvik (Farer adaları) 2:1
B qrupu
Makkabi (Təl-Əviv, İsrail) - Breydablik (İslandiya) 3:2
Zarya (Ukrayna) - Gent (Belçika) 1:1
C qrupu
Dinamo (Zaqreb, Xorvatiya) - Astana (Qazaxıstan) 5:1
Viktoriya (Çexiya) - Ballkani (Kosovo) 1:0
D qrupu
Brügge (Belçika) - Beşiktaş (Türkiyə) 1:1
Luqano (İsveçrə) - Bude-Qlimt (Norveç) 0:0
E qrupu
Legiya (Polşa) - Aston Villa (İngiltərə) 3:2
Jrinski (Bosniya) - Alkmaar (Niderland) 4:3
F qrupu
Genk (Belçika) - Fiorentina (İtaliya) 2:2
Ferensvaroş (Macarıstan) - Çukariçki (Serbiya) 3:1
G qrupu
Ayntraxt (Almaniya) - Aberdin (Şotlandiya) 2:1
HJK (Finlandiya) - PAOK (Yunanıstan) 2:3
H qrupu
Fənərbağça (Türkiyə) - Norşelland (Danimarka) 3:1
Ludoqores (Bolqarıstan) - Spartak (Slovakiya) 4:0