Kral Argentina qələbəsinə görə ölkədə bayram elan etdi

Kral Argentina qələbəsinə görə ölkədə bayram elan etdi

Səudiyyə Ərəbistanı millisinin DÇ-nin qrup mərhələsinin ilk turu çərçivəsində Argentina üzərində tarixi qələbəsindən (2:1) sonra ölkədə rəsmən bayram ab-havası yaşanır.

mediasport.az xəbər verir ki, kral Salman bin Əbdüləziz Əl Səud böyük zəfərdən sonra noyabrın 23-nü milli bayram elan edib.

Bu gün bütün dövlət və özəl sektorda çalışanlar üçün istirahət günü olacaq. Tələbələr də dərslərdə iştirak etməyə bilərlər.