Emil meydana çıxdı, komandası məğlubiyyətdən xilas oldu - VİDEO
Ukrayna Premyer Liqasında 14-cü tura yekun vurulub.
Mediasport.az xəbər verir ki, son oyun günündə Azərbaycan yığmasının futbolçusu Emil Mustafayevin formasını geyindiyi "Polessye" doğma meydanda "Zorya" ilə qarşılaşıb.
Jitomir təmsilçisi məğlubiyyətdən son dəqiqələrdə xilas olub - 1:1.
Emil meydana 74-cü dəqiqədə daxil olub.
Futbolçumuzun komandası 23 xalla 4-cü pilləyə yüksəlib.