Makedoniyalı futbolçu Skopyedə bütün "Qarabağ"lıları bir yerə topladı

Makedoniyalı futbolçu Skopyedə bütün "Qarabağ"lıları bir yerə topladı

2012/2015 və 2016/2017-ci illərdə “Qarabağ”da çıxış etmiş Muarem Muarem Makedoniyada səfərdə olan Azərbaycan yığmasının düşərgəsini ziyarət edib.

mediasport.az xəbər verir ki, o, 34 yaşlı makedoniyalı veteran futbolçu keçmiş klubunun milli komandamızdakı üzvləri - Şahruddin Məhəmmədəliyev və Musa Qurbanlı ilə görüşüb.

Muaremlə görüşdə Ağdam klubunun sabiq futbolçuları - AFFA-nın seleksioneri İlqar Qurbanov və Zaqreb “Dinamo”sunda oynayan Mahir Əmrəli də olub.

Fotonu sosial şəbəkə hesabında İlqar Qurbanov paylaşıb.