"Kürü keçək?!" yarışı: Fərid Qayıbov da üzən 500 iştirakçı arasında olub
Mingəçevirdə "Kürü keçək?!" açıq suda üzrə turniri başlayıb.
Mediasport.az xəbər verir ki, 300 metr məsafəyədək peşəkar və həvəskarlar arasında keçirilən yarışda 500 nəfər yarışır.
Kür çayında keçirilən mübarizədə gənclər və idman naziri Fərid Qayıbov da üzənlər arasındadır.
İlk dəfə açıq suda üzmə yarışı 2022-ci ildə Xəzər dənizində ("Xəzər dalğası"), 2023-cü ildə isə Mingəçevirdə Kür çayında ("Kürü keçək") təşkil olunub.