Naxçıvanda 60 idmançı 14 çəki dərəcəsi üzrə mübarizə aparıb

  Naxçıvanda 60 idmançı 14 çəki dərəcəsi üzrə mübarizə aparıb

Kikboksinq üzrə kadetlər arasında muxtar respublika birinciliyinin qalibləri müəyyənləşib.

Mediasport.az xəbər verir ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş yarış kikboksinqin inkişafı, təbliği, klubların işinin təkmilləşdirilməsi və bu sahədə kütləviliyin artırılması məqsədinə xidmət edib.

2 yaş kateqoriyasında 60 idmançı 14 çəki dərəcəsi üzrə birincilik uğrunda mübarizə aparıb. 

Nəticələrə əsasən, 6-8 yaş kateqoriyasında Cahangir Abdullayev (20 kq), Mircəlal Seyidov (22 kq), Yusif Qasımov (24 kq), Murad Məmmədli (26 kq), Nəsir Əliyev (30 kq), Xeyal Quliyev (+30 kq), 9-10 yaş kateqoriyasında Adəm Cəfərov (26 kq), Məhəmməd Seyidov (28 kq), Uğur Nurməmmədli (30 kq), Mövlan Seyidov (32 kq), Tunar Abdullayev (37 kq), Xəyal Seyidov (42 kq) və Ayxan Oruczadə (+42 kq) birinci olublar.

Xatırladaq ki, turnir Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Kikboksinq Federasiyası tərəfindən təşkil edilib və İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşıb.