Nazir Regional Boks Mərkəzinin mövcud vəziyyəti ilə tanış olub
Gənclər və idman naziri Fərid Qayıbov Lənkəranın Liman şəhərində Regional Boks Mərkəzinin mövcud vəziyyəti ilə tanış olub.
Bu barədə Mediasport.az saytına Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tanışlıq zamanı F. Qayıbov nazir müavini Mariana Vasileva, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Azərbaycan Boks Federasiyası prezidentinin müşaviri Samir Hüseynov və mütəxəssislərlə birlikdə mərkəzin təmiri, daha səmərəli istifadə edilməsi istiqamətində müzakirə aparıb.