Lənkəran şəhər stadionunda təmir-bərpa işləri bu tarixdə başlanacaq
Peşəkar Futbol Klubu kimi fəaliyyətini 2016-cı ildə dayandırmış "Xəzər Lənkəran"a məxsus Lənkəran şəhər mərkəzi stadionunda təmir-bərpa və yenidənqurma işləri başlamaq üzrədir.
Mediasport.az xəbər verir ki, martın əvvəlində təmirə bağlanan idman qurğusunda inşaat işlərinə aprelin ikinci ongünlüyündə start veriləcək.
Məlumata görə, arenanın sahibi, Türkiyədə yaşayan "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov yekun büdcəni təsdiqləyib.
İş adamı təmir-bərpa işlərini həyata keçirəcək şirkətlə danışıqları, demək olar, tamamlayıb.
İnşaat işlərinin Azərbaycan şirkətinə həvalə olunacağı bildirilir.