Madrid derbisini qazanan "Atletiko" 1/4 finala çıxıb - İspaniya Kuboku

Madrid derbisini qazanan "Atletiko" 1/4 finala çıxıb - İspaniya Kuboku

İspaniya Kubokunda 1/8 final mərhələsinin oyunları başa çatıb.

Mediasport.az xəbər verir ki, sonuncu oyun günündə keçirilən Madrid derbisində "Atletiko" "Real"ı məğlub edib (4:2) və növbəti mərhələyə vəsiqə qazanıb.

"Barselona" da "Unionistas"la matçda rəqibini üstələyib (3:1) və 1/4 finala adını yazdırıb.

Xatırladaq ki, "Atletiko" və "Barselona" ilə yanaşı, "Jirona", "Real Sosyedad", "Selta", "Malyorka", "Atletik" və "Sevilya" ölkə kubokunda növbəti mərhələyə adlayıblar.

İspaniya Kuboku. 1/8 final mərhələsi

"Unionistas" - "Barselona" 1:3

"Atletiko - "Real" 4:2