Afrika Millətlər Kuboku: Növbəti 2 yarışın ev sahibləri müəyyənləşib
2025 və 2027-ci illərdə Afrika Millətlər Kubokuna ev sahibliyi edəcək ölkələr müəyyənləşib.
Mediasport.az xəbər verir ki, Afrika Futbol Konfederasiyası iki il sonrakı yarışı keçirmək hüququnu Mərakeşə həvalə edib.
Turnir bu dəfə yay aylarında - daha dəqiqi, iyun-iyul aylarında təşkil ediləcək.
2027-ci ildəki Afrika Millətlər Kuboku isə Keniya, Tanzaniya və Uqandanın birgə ev sahibliyi ilə keçiriləcək.