Mahir Emrelinin komandası ev sınağında - Avropa Konfrans Liqası

Mahir Emrelinin komandası ev sınağında - Avropa Konfrans Liqası

Bu gün Avropa Konfrans Liqasında da qrup mərhələsinin 3-cü turuna start veriləcək.

Mediasport.az xəbər verir ki, 8 qrupda ümumilikdə 15 qarşılaşma baş tutacaq.

Azərbaycan yığma komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" Xorvatiyada Çexiyanın "Viktoriya" klubunu qəbul edəcək. Zaqreb təmsilçisi iki turdan sonra 3 xalla turnir cədvəlinin 3-cü, çexlər 6 xalla 1-ci pilləsində qərarlaşıblar.

Türkiyənin yarışdakı təmsilçilərindən "Fənərbağça" evdə, "Beşiktaş" isə səfərdə meydana çıxacaq.

Bütün turnirlər daxil son 17 oyunun hamısında qalib gələn İsmayıl Qartalın "bülbüllər"i İstanbulda Bolqarıstanın "Ludoqores" klubunu qonaq edəcəklər.

Bir neçə gün əvvəl Şenol Günəşi istefaya göndərən "qara qartallar" Norveçdə "Bude-Qlimt"lə qarşılaşacaqlar.

İlk iki turdan sonra "Fənərbağça"nın 6, "Beşiktaş"ın 1 xalı var.


Avropa Konfrans Liqası. Qrup mərhələsi. 3-cü tur

20:45 AZ (Niderland) - "Aston Villa" (İngiltərə)

20:45 "Ballkani" (Kosovo) - "Astana" (Qazaxıstan)

20:45 "Fənərbağça" (Türkiyə) - "Ludoqores" (Bolqarıstan)

20:45 "Gent" (Belçika) - "Breydablik" (İslandiya)

20:45 "Klaksvik" (Farer adaları) - "Olimpiya" (Sloveniya)

20:45 "Lill" (Fransa) - "Slovan" (Slovakiya)

20:45 "Luqano" (İsveçrə) - "Brügge" (Belçika)

23:00 "Aberdin" (Şotlandiya) - PAOK (Yunanıstan)

23:00 "Bude-Qlimt" (Norveç) - "Beşiktaş" (Türkiyə)

23:00 "Dinamo" (Xorvatiya) - "Viktoriya" (Çexiya)

23:00 "Ayntraxt" (Almaniya) - HJK (Finlandiya)

23:00 "Fiorentina" (İtaliya) - "Çukariçki" (Serbiya)

23:00 "Genk" (Belçika) - "Ferensvaroş" (Macarıstan)

23:00 "Spartak" (Slovakiya) - "Norşelland" (Danimarka)

23:00 "Zrinski" (Bosniya və Herseqovina) - "Legiya" (Polşa)