"Vest Hem" evdə, "Bazel" səfərdə geridönüş etdi - Konfrans Liqası

"Vest Hem" evdə, "Bazel" səfərdə geridönüş etdi - Konfrans Liqası

Futbol üzrə UEFA Konfrans Liqasında da yarımfinal mərhələsinin ilk oyunları baş tutub.

mediasport.az xəbər verir ki, hər iki dueldə geridönüş qeydə alınıb.

"Fiorentina" hissəni qalib tamamlasa da, fasilədən sonra qapısından 2 top buraxıb. "Vest Hem" isə "Alkmaar"la matçda ikinci hissədə 2 dəfə fərqlənməklə qələbəni təmin edib.

Komandaların cavab qarşılaşmaları mayın 18-də keçiriləcək.


UEFA Konfrans Liqası. 1/2 final. İlk oyunlar


"Fiorentina" (İtaliya) - "Bazel" (İsveçrə) 1:2

Qollar: Artur Kabral, 25 - Andi Diuf, 71. Andi Zekiri, 90+3.

Baş hakim: Fransua Leteksye (Fransa)

İtaliya, Florensiya. "Artemio Franki" stadionu


"Vest Hem" (İngiltərə) - "AZ Alkmaar" (Niderland) 2:1

Qollar: Səid Benrahma, 67-pen., Maykl Antonio, 76 - Ticani Reynders, 41.

Baş hakim: Halil Umut Meler (Türkiyə)

İngiltərə, London. "London" stadionu