Mahir Emrelinin komandasının ÇL-in III raundundakı rəqibi məlum oldu
Bu gün Nyonda (İsveçrə) futbol üzrə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.
MediaSport.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiyanın "Dinamo" klubunun potensial rəqibi məlum olub.
Zaqreb təmsilçisi II raundda “Astana”nı (Qazaxıstan) mübarizədən kənarlaşdıra bilsə, AEK-lə (Yunanıstan) qarşılaşacaq.
Xorvatlar məğlub olsalar, yola Avropa Liqasının III təsnifat mərhələsində davam edəcəklər.