Renat Dadaşov İstanbul səfərində
Legioner həyatı yaşayan Azərbaycan millisinin daha 3 oyunçusu klub futbolunda növbəti oyunlarına çıxacaqlar.
Mediasport.az xəbər verir ki, Renat Dadaşovun formasını geyindiyi "Ankaragücü" səfərdə "Fatih Karagümrük"lə (İstanbul) qarşılaşacaq.
Cəlal Hüseynovlu "Arda" Bolqarıstan çempionatında "Çerno More"nin qonağı olacaq.
Emil Mustafayevin uğurları üçün çalışdığı "Polessye" evdə "Veres-Rivne"ni sınağa çəkəcək.
Türkiyə 1-ci Liqası. 5-ci tur
17:00 "Fatih Karagümrük" - "Ankaragücü"
Bolqarıstan Parva Liqası. 12-ci tur
18:00 "Çerno More" - "Arda"
Ukrayna Premyer Liqası. 6-cı tur
19:00 "Polessye" - "Veres-Rivne"