İsveçdə 2 qol vuran Musa: "Bunu xəyal edirdim və gözləyirdim"

İsveçdə 2 qol vuran Musa: "Bunu xəyal edirdim və gözləyirdim"

İsveçin "Yurqorden" klubunda ölkə çempionatının "Degerfors"la matçında 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalan Musa Qurbanlı uğurlu çıxışı barədə açıqlama verib.

Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu belə oyunlarını arzuladığını və gözlədiyini deyib.

“Bu, əla idi. İsveçə gələndən bunu xəyal edirdim və gözləyirdim" deyən Musa penaltini qaçırmasına belə münasibət bildirib:

"Het-trik mükəmməl olardı. Bir gün əvvəl məşqdə 20 dəqiqə penaltilər üzərində çalışdım. Əlimdən gələni etsəm də, zərbəni qola çevirə bilmədim. İki qol da pis deyil”.

O, matçdan sonra azarkeşlərlə birgə mahnı oxumaları barədə də danışıb: “Mən bilmirdim nə oxuyum. Uşaqlar dedi ki, oxumaq lazımdır. Bunun nəyə görə edildiyindən xəbərsizdim. Komanda yoldaşlarım mənə izah etdilər. Azarkeşlərimiz sevinəndə biz də xoşbəxt oluruq. Onlarsız futbolun ehtirası olmaz. Biz fanatlarımızın xoşbəxt olması üçün əlimizdən gələni edirik”.

Qeyd edək ki, Qurbanlı Stokholm təmsiçisinin heyətində ilk qolunu ötən həftə kubok görüşündə vurub. “Yurqorden” hazırda 37 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.