Manuel Noyerdən şad xəbər
Almaniya milli komandası və “Bavariya”nın qapıçısı Manuel Noyer qısa zamanda yaşıl meydanlara qayıdacaq.
Mediasport.az xəbər verir ki, 37 yaşlı qolkiper Bundesliqanın 8-ci turunun “Mayns”la matçında Münhen təmsilçisinə kömək edə bilər.
Təcrübəli futbolçu UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun “Qalatasaray”la görüşündə də hazır olacaq.
Xatırladaq ki, Noyer 2022-ci ildə tətil zamanı xizək sürərkən ayağını sındırıb.
“Bayern” hazırda ölkə çempionatının turnir cədvəlində 17 xalla 3-cü pillədə qərarlaşıb.