Dünya çempionatında 32 klub yarışacaq - FİFA təsdiqləyib
2025-ci ildə təşkil olunacaq futbol üzrə FİFA klublararası dünya çempionatında iştirak edəcək komandaların siyahısı açıqlanıb.
Mediasport.az xəbər verir ki, mundialda 32 klub mübarizə aparacaq.
DÇ-də Avropadan çempionlar yolu ilə seçilən 4 klub “Çelsi” (İngiltərə), “Real” (İspaniya), “Mançester Siti” (İngiltərə), həmçinin cari turnirin qalibi, reytinq üzrə əlavə 8 kollektiv yarışacaq.
Bu komandalardan 5-i məlumdur - “Bavariya” (Almaniya), PSJ (Fransa), “İnter” (İtaliya), “Portu” və “Benfika” (hər ikisi Portuqaliya). Burada üç komanda hələ müəyyənləşməyib.
Onlardan əlavə, iştirakı dəqiqləşən “Əl-Əhli” (Misir), “Vidad” (Mərakeş), “Əl-Hilal” (Səudiyyə Ərəbistanı), “Urava Red Daymonds” (Yaponiya), “Monterrey” (Meksika), “Syetl Saunders” (ABŞ), “Leon” (Meksika), “Oklend Siti” (Yeni Zelandiya), “Palmeyras”, “Flamenqo” və “Fluminense” (hər üçü Braziliya) turnirdə çıxış edəcəklər. Ümumilikdə, buradan da hələlik 6 klub məlum deyil.
İlk dəfə yeni formatda keçiriləcək dünya çempionatı 2025-ci il iyunun 15-dən iyulun 13-dək ABŞ-də təşkil ediləcək.