Əsrin ən məhsuldar futbolçuları

Əsrin ən məhsuldar futbolçuları

21-ci əsrdə Avropanın TOP-5 liqasında oynayan ən məhsuldar 5 futbolçunun (qol və məhsuldar ötürmə) adı açıqlanıb.

Mediasport.az xəbər verir ki, zirvədə argentinalı əfsanəvi futbolçu Lionel Messi qərarlaşıb.

Son dünya çempionunun məhsuldarlıq göstəricisi 743-ə bərabərdir (578 oyun). Hazırda okeanın o tayında - ABŞ-də ("İnter Mayami") top qovan forvard bunu "Barselona" və PSJ-nin formaları ilə gerçəkləşdirib.

İkinci pillədə daha bir əfsanəfi hücumçu, Portuqaliya ilə Avropa çempionu olmuş Kriştianu Ronaldu qərarlaşıb. Avropada "Mançester Yunayted", "Real" və "Yuventus"un heyətində çıxış etmiş forvardın məhsuldarlıq göstəricisi 646-dır (626 oyun).

Üçüncü pillənin sahibi polşalı Robert Levandovskidir. O, "Borussiya" (Dortmund), "Bayern" və "Barselona"da (hazırda karyerasını bu klubda davam etdirir) ümumilikdə 466 oyuna çıxıb. Məhsuldarlıq göstəricisi 460-a bərabərdir.

İsveç milli komandasının keçmiş kapitanı Zlatan İbrahimoviç 6 klubda oynayıb: "Yuventus", "İnter", "Milan" (hamısı İtaliya), "Barselona" (İspaniya), PSJ (Fransa), "Mançester Yunayted" (İngiltərə). Meydana çıxdığı ümumi oyunların sayı 467, qol və məhsuldar ötürmələrinin sayı isə 426-dır.

Fransa millisinin keçmiş hücumçusu Kərim Benzema beşincidir. O, "köhnə qitə"də "Olimpik" (Lion) və "Real"ın formalarını geyinib. Ümumilikdə 551 oyuna çıxıb. Məhsuldarlıq göstəricisi 423-ə bərabərdir.