Konfrans Liqasında 1/4 final: "Fənərbağça" avrokubokla vidalaşdı

Konfrans Liqasında 1/4 final: "Fənərbağça" avrokubokla vidalaşdı

UEFA Avropa Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

Mediasport.az xəbər verir ki, Türkiyənin avrokuboklarda yeganə təmsilçisi "Fənərbağça" doğma meydanda mübarizəni dayandırıb.

Beləliklə, yarışın yarımfinalında "Aston Villa" "Olimpiakos", "Fiorentina" isə "Brügge" ilə üz-üzə gələcək.

1/2 final matçları mayın 2-də və 9-da baş tutacaq.


Avropa Konfrans Liqası. 1/4 final. Cavab oyunları


"Fiorentina" (İtaliya) - "Viktoriya" (Çexiya) 2:0

Qollar: N.Qonsales, 92, K.Biraqi, 108.

İlk oyun 0:0


"Lill" (Fransa) - "Aston Villa" (İngiltərə) 2:1 (penaltilər - 3:4)

Qollar: Y.Yazıcı, 15, B.Andre, 67 - M.Keş 87.

İlk oyun 1:2


PAOK (Yunanıstan) - "Brügge" (Belçika) 0:2

Qollar: F.Yuqla, 33, 45.

İlk oyun 0:1


"Fənərbağça" (Türkiyə) - "Olimpiakos" (Yunanıstan) 1:0 (penaltilər - 2:3)

Qol: İ.Can Kahveci, 10

İlk oyun 2:3